Ərdoğan güclü zəlzədən


Digərləri 28 Eki 2025 00:48:00 81 0

Ərdoğan güclü zəlzədən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı sosial media hesabında açıqlama yayıb:

"Balıkesirin Sındırgı rayonunda baş verən və ətraf vilayətlərdə də hiss edilən zəlzələdən təsirlənən vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD və əlaqədar bütün qurumlarımız sahədə araşdırma və nəzarət işlərini diqqətlə davam etdirir. Biz də prosesi yaxından izləyirik. Uca Allah ölkəmizi və millətimizi hər cür fəlakətdən qorusun."

Qeyd edək ki, Sındırgı rayonu 10 avqustda da eyni böyüklükdə (6,1 maqnitudalı) zəlzələ ilə sarsılmış, həmin hadisədə 1 nəfər həlak olmuş, 29 nəfər isə yaralanmışdı.