6Gni dəstəkləyən telefonlar bu tarixdə istifadədə olacaq
Digərləri 28 Eki 2025 02:02:00 119 0
Amerikanın "Qualcomm" şirkəti yeni nəsil mobil rabitənin inkişafı üçün vaxt cədvəlini açıqlayıb. Baş direktor Kriştianu Amon "Snapdragon Summit 2025"də 6G-ni dəstəkləyən ilkin cihazların 2028-ci ildə istifadədə ola biləcəyini bəyan edib.
Bu haberi de oku: İsfəndiyar Axundov Elman Nəsirovun qızına ev verir AÇIQLAMA
Son.az xəbər verir ki, yeni texnologiya məlumatların yükləmə sürətinin artırılması ilə məhdudlaşmır.
Amonun sözlərinə görə, 6G sensor məlumatlarının qavranması və emal edilməsi üçün intellektə malik bir şəbəkə olacaq, eləcə də, bulud sistemləri ilə kənar cihazlar arasında əlaqə kimi dizayn ediləcək. Smartfonlar istifadəçinin ətrafında baş verənləri təhlil etmək və ona reaksiya vermək qabiliyyətinə malik infrastrukturun bir hissəsinə çevriləcək.
Kaynak: milli.az
