“Padişah”a görə cinayət işi başlanılmışdı Yenidən fəaliyyətə başladı


Digərləri 28 Eki 2025 09:52:00 99 0

“Padişah”a görə cinayət işi başlanılmışdı  Yenidən fəaliyyətə başladı

İkinci mərtəbəsi qanunsuz tikildiyi əsas gətirilərək bağlanan "Padişah" restoranı yenidən fəaliyyətə başlayıb.

Son.az xəbər verir ki, Yasamal rayonunda  "Elmlər Akademiyası" metrostansiyasının çıxışında yerləşən "Padişah" restoranının fəaliyyəti təhlükəli hesab olunduğundan dayandırılmışdı. 

Qeyd edək ki, məsələ ilə bağlı cinayət işi də açılmışdı. Müəyyən edilmişdi ki, restoran bir mərtəbəli olan zaman qanunsuz olaraq dəmir konstruksiya ilə ikinci mərtəbə inşa edilib. Bu zaman FHN-dən müvafiq icazə alınmayıb və ikinci mərtəbə tikinti normalarına uyğun deyil, təhlükə yaradır.

Bağlanana qədər restoranın ikinci mərtəbəsi bir xeyli müddət fəaliyyət göstərmişdi. Açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində obyektin sahibi 57 yaşlı Yusif adlı sahibkar dindirilən zaman deyib ki, əlavə mərtəbənin tikintisi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi ilə razılaşdırılıbmış, lakin FHN-dən icazə alınmayıb.