Siqaret çəkən qadınlara bəd xəbər
Digərləri 28 Eki 2025 23:13:00 100 0
Onkoloq ağciyər xərçəngi riski yüksək olan üç qrup insanı açıqlayıb.
Bu haberi de oku: Bu yaş dövründə idman edənlərin beyni gec qocalır
Son.az xəbər verir ki, bunu rusiyalı cərrah və onkoloq Andrey Nefedov deyib.
Ağciyər xərçəngi üçün ən yüksək risk siqaret çəkən qadınlarda, xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olanlarda və interstisial ağciyər xəstəliklərindən (İAХ) əziyyət çəkən insanlardadır.
Mütəxəssisin sözlərinə görə, qadınlarda ağciyər xərçəngi riski eyni miqdarda siqaret çəkən kişilərlə müqayisədə 1,5-2 dəfə çoxdur. Bu, qadınların orqanizmində tütün tüstüsündəki kanserogenlərin DNT-yə daha güclü təsir etməsi və DNT-nin zədələrdən daha zəif bərpa olunması ilə bağlıdır.
Nefedov qeyd edib ki, XOAX xəstələrində ağciyər xərçəngi riski sağlam insanlara nisbətən təxminən 4 dəfə yüksəkdir. Bu xəstəlik zamanı ağciyərlərdə hava keçidinin məhdudlaşması və toxuma dəyişiklikləri baş verir ki, bu da xərçəngin inkişafına şərait yaradır.
