Kola sümükləri əridir Həkim
Digərləri 29 Eki 2025 02:02:00 109 0
Duz, şəkər, kofein və qazlı içkilər sümüklərin möhkəmliyini zəiflədərək sınıqlara səbəb ola bilər.
Bu haberi de oku: Üçüncü oğlu da işdən çıxarıldı
Son.az xəbər verir ki, bunu rusiyalı ekspert, endokrinoloq İrina Zyatıkova bildirib.
"25-30 yaşa qədər sümüklərin kütləsi artır, sonra isə minerallıq tədricən azalır. Duzlu qidalar sümüklərdən kalsiumun itirilməsinə gətirib çıxarır, şəkər isə sümük toxumasının zəifləməsinə səbəb olur".
Həkim xəbərdarlıq edib ki, gündə iki fincandan çox kofe və qara qazlı içkilər, xüsusən kola, sümüklərin sağlamlığı üçün təhlükəlidir. Alkoqol da kalsium və D vitamininin mənimsənilməsini pozur.
"Formula sadədir: kalsium + D vitamini + maqnezium + K vitamini + hərəkət = sağlam sümüklər".
Zyatıkova vurğulayıb ki, sümükləri qorumaq üçün əsas qida rasionu aşağıdakıları əhatə etməlidir: tərəvəz, meyvə, keyfiyyətli zülal, sağlam yağlar və kalsiumla zəngin süd məhsulları. Həmçinin fiziki aktivlik, yürüş, qaçış, rəqs və güc məşqləri sümüklərin möhkəmliyini təmin edir.
İsmayıl Son.az
