Üçüncü oğlu da işdən çıxarıldı


Digərləri 28 Eki 2025 22:59:00 103 0

Üçüncü oğlu da işdən çıxarıldı

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üçüncü oğlu Mehralı Səmədov da vəzifəsindən uzaqlaşdırılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib. M.Səmədovun qardaşlarından biri Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digəri İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini idi. Bundan əvvəl onlar da işdən çıxarılıblar.


Habere ait fotoğraflar