"Alkoqolun az miqdarı belə xərçəng yarada bilər"
Digərləri 28 Eki 2025 22:21:00 95 0
Alkoqolun az miqdarı belə xərçəng yarada bilər.
Bu haberi de oku: Üçüncü oğlu da işdən çıxarıldı
Son.az xəbər verir ki, bunu rusiyalı toksikoloq Mixael Kutuşov bildirib.
"Alkoqol orqanizm üçün toksik maddədir və hüceyrələrin DNT-sinə zərər verir. Bu da zamanla mutasiyalara və xərçəngin yaranmasına səbəb ola bilər".
Həkimin sözlərinə görə, alkoqol ən çox həzm orqanlarını, ağız boşluğu, boğaz, qida borusu və qaraciyəri zədələyir. Çünki məhz bu orqanlarda etanol parçalanır və zərərli maddələr toplanır.
Kutuşov qeyd edib ki, hətta az miqdarda içki belə riski artırır, daimi içki istifadəsi isə xərçəng təhlükəsini dəfələrlə yüksəldir. Alkoqolun zərəri xüsusilə siqaret və düzgün olmayan qidalanma ilə birlikdə daha da artır.
