Evli ingilislər bu səbəbdən ayrı yataqlarda yatırlar
Digərləri 28 Eki 2025 23:28:00 93 0
İngiltərədə evli cütlüklər arasında maraqlı bir meyl yayılmağa başlayıb - bir çoxu artıq eyni yataqda deyil, ayrı-ayrı yatmağı üstün tutur. Mütəxəssislər bu vəziyyəti "yuxu boşanması" adlandırır və bunun səbəblərini açıqlayır.
Bu haberi de oku: "Alkoqolun az miqdarı belə xərçəng yarada bilər"
Son.az xəbər verir ki, İngiltərədə 2 min nəfərin iştirakı ilə aparılan araşdırmaya görə, cütlüklərin 31 faizi eyni saatlarda yata bilmədiyini bildirib. Respondentlərin yalnız 15 faizi, eyni yuxu rejiminin münasibətlərini daha ahəngdar etdiyini deyib.
Bu fərqli yuxu saatları, bir çox cütlüyün ayrı yataqlarda yatmasına səbəb olub. Bu tendensiya, daha əvvəl Yaponiyada da geniş yayılmışdı.
Araşdırma göstərib ki, yuxusuzluqdan ən çox qadınlar əziyyət çəkir. Qadınların 20 faizi yuxularının gecə ərzində partnyorları tərəfindən tez-tez bölündüyünü deyib. Bu göstərici kişilərdə cəmi 11 faizdir.
Bundan başqa, qadınların 18 faizi fərqli yuxu saatları səbəbilə partnyorları ilə mübahisə etdiklərini etiraf edib. Kişilərdə isə bu nisbət 8 faiz təşkil edib.
Mütəxəssislərin fikrincə, bu vəziyyət əlaqədə problem demək deyil, əksinə, hər iki tərəfin daha yaxşı dincəlməsi üçün praktik bir üsuldur.
Araşdırma eyni zamanda Böyük Britaniyada insanların əksəriyyətinin səhər tezdən oyanmağı sevdiyini də göstərib. İştirakçıların 60 faizi səhərlər daha məhsuldar olduqlarını, 40 faizi isə axşam saatlarında daha çox işləyə bildiklərini bildirib.
Blinds Direct şirkətinin trend mütəxəssisi Ana Zuravliova mövzu ilə bağlı deyib:
