Bakıda güclü yanğın başladı
Digərləri 28 Eki 2025 19:14:00 88 0
Paytaxtın Binəqədi rayonunda güclü yanğın başlayıb.
Bu haberi de oku: Şokoladlı asan rulet tort resepti
Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsində, ilkin məlumata əsasən, taxtalar yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub
Məlumata əsasən, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Kaynak: milli.az
