Vüqar Qurbanov ona yüksək vəzifə verdi FOTO


Digərləri 28 Eki 2025 18:43:00 94 0

Vüqar Qurbanov ona yüksək vəzifə verdi  FOTO

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.

Son.az qaynarinfo.az-a istinadən xəbər verir ki, TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov müvafiq əmri ilə sözügedən vəzifəyə Quliyev Pərviz Ağababa oğlu gətirilib.

Qeyd edək ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən, oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib.

Pərviz Quliyev 1963-cü ilin may ayının 24-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Orta təhsilini Gəgəli kənd orta məktəbində alıb.

Azərbaycan Tibb İnstitutunun (indiki universitet-red.) məzunu olub. İxtisasca həkim-terapevtdir. 1991-ci ildən Ağsu Rayon Mərkəzi Xəstəxanasında işləyir.