Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib
Digərləri 28 Eki 2025 12:47:00 71 0
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüseynov dəfn edilib.
Bu haberi de oku: Dünyada üç paytaxtı olan yeganə ölkə
Şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.
***
Sumqayıt şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüseynovla vida mərasimi keçirilib.
Son.az report.az-a istinadən xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıtın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Lətif Qəribalı oğlu Şahhüseynov 1969-cu il martın 12-də Sumqayıtda anadan olub. 1992-ci il iyunun 28-də Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
L.Şahhüseynov Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.
