Kəndlilərin malqarası hara yoxa çıxır? DİNdən AÇIQLAMA


Digərləri 28 Eki 2025 14:02:00 78 0

Kəndlilərin malqarası hara yoxa çıxır?  DİNdən AÇIQLAMA

Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərində sakinlərin yuxusu qorxuya çevrilib.

Son.az xəbər verir ki, səbəb isə təsərrüfatlarına çağrılmayan qonağın mal-qaralarını oğurlamasıdır. Hadisə müşahidə kameralarına da düşüb.

Sakinlərin verdiyi məlumata görə, iki kənddə ümumilikdə 28 baş xırdasanlı, 20-dən çox at və 7 baş iri buynuzlu heyvan oğurlanıb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkənlərin təsərrüfatlarına baxış keçirib və faktla bağlı araşdırmalar davam etdirilir. 

Asya Hüseyn Son.az