Sosial ödənişlərlə bağlı vacib MƏLUMAT
Digərləri 28 Eki 2025 12:56:00 85 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.
Bu haberi de oku: Balıkesirdə şiddətli zəlzələdə bina uçdu
Son.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Kaynak: milli.az
