Dərmanlarla gəncləşmək istəyənlərə xəbərdarlıq Xərçəng yaradır
Digərləri 28 Eki 2025 16:00:00 96 0
Bəzi əlavələr tez-tez gəncliyi qorumağın və yaşlanmanı yavaşlatmağın yolu kimi reklam olunur, amma elmi əsasları çox məhduddur.
Bu haberi de oku: Maşın açarınızı aliminium folqaya bükün
Son.az xəbər verir ki, bunu rusiyalı dermatoloq və kosmetoloq Natalya Mixaylova bildirib.
"Bəzi plazenta tərkibli preparatlar xüsusilə təhlükəlidir, çünki standartlaşdırılmayıb və hüceyrələrin nəzarətsiz bölünməsini stimullaşdıra bilər ki, bu da nəzəri olaraq xərçəng riskini artırır".
Həkim əlavə edib ki, yaşlanmanı yavaşlatmaq üçün əsas yol sağlam həyat tərzidir. Buna qan təzyiqi, şəkər və lipid səviyyəsinin nəzarətdə saxlanması, müntəzəm fiziki aktivlik, balanslı qidalanma, normal çəki, siqaret və alkoqolun məhdudlaşdırılması, günəşdən qorunma daxildir.
