Dünyada üç paytaxtı olan yeganə ölkə


Digərləri 27 Eki 2025 22:20:00 83 0

Dünyada üç paytaxtı olan yeganə ölkə

Dünyadakı ölkələrin əksəriyyəti idarəetməni bir paytaxtdan həyata keçirir. Lakin Cənubi Afrika Respublikası bu qaydanın diqqətçəkən bir istisnasıdır. Bu ölkədə eyni anda üç fərqli şəhər paytaxt statusuna malikdir və hər biri dövlətin müxtəlif sahələrinə rəhbərlik edir.

Son.az xəbər verir ki, Cənubi Afrikanın bu unikal sistemi ölkədəki siyasi tarazlığı və mədəni müxtəlifliyi əks etdirir.

Pretoriya - ölkənin idarə paytaxtıdır. Burada prezidentin iqamətgahı, nazirliklər və əsas dövlət qurumları yerləşir.

Keyptaun - qanunverici paytaxt sayılır və burada parlament binası fəaliyyət göstərir.

Blumfonteyn - məhkəmə paytaxtıdır, çünki burada Ali Apellyasiya Məhkəməsi yerləşir.