Moskvaya növbəti dəfə PUA hücumu oldu
Digərləri 27 Eki 2025 23:44:00 70 0
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu olub.
Bu haberi de oku: Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat
Son.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Onun sözlərinə görə, Moskva istiqamətində uçan iki pilotsuz uçuş aparatı vurulub.
Mer dronların vurulduğu rayonlarda təcili yardım xidmətlərinin çalışdığını söyləyib.
PUA hücumu ilə əlaqədar Moskvanın Jukovski hava limanı bağlanıb.
Qeyd edək ki, dünən də axşam saatlarından başlayaraq Rusiya paytaxtı Ukrayna tərəfindən PUA hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi tək Moskva və ətraf regionda 40-a yaxın PUA-nın vurulduğunu açıqlayıb. (APA) Son.az
