Bu kənddə 50 qadın ərini zəhərləyib ÖLDÜRDÜ


Digərləri 28 Eki 2025 01:01:00 107 0

Bu kənddə 50 qadın ərini zəhərləyib ÖLDÜRDÜ

1929-cu ilin dekabrında Macarıstanın Solnok şəhərində bütün ölkəni sarsıdan bir məhkəmə prosesi başlayıb.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, Budapeştdən təxminən 130 kilometr aralıda yerləşən Nadırev kəndində onlarla qadın öz ərini qəsdən zəhərləməkdə ittiham olunurdu.

Xarici mənbələrin məlumatına görə, 1911-1929-cu illər arasında kənddə 50-yə yaxın kişi arseniklə zəhərlənərək ölüb. "The New York Times" yazırdı ki, onların əksəriyyəti ailəli olub və bu hadisələr uzun illər gizli qalıb.

"Mələk yaradanlar" adlanan qadınlar

Hadisə ilə bağlı ittiham olunan qadınlara mətbuat "mələk yaradanlar" adı verib. Onlardan bəziləri ölüm hökmünə, digərləri isə uzunmüddətli və ya ömürlük həbs cəzasına məhkum edilib.

Araşdırmalara əsasən, hadisələrin mərkəzində kəndin mamaçası və qeyri-rəsmi "həkimi" sayılan Jujanna Fazekaş dayanıb. O, arsenik zəhərini milçək lentlərindən hazırlayaraq qadınlara "çıxış yolu" kimi təklif edib.

Fazekaş kənddəki qadınların etibarını qazanmışdı. O, evlərdə baş verən ailədaxili zorakılıqlar və ağır həyat şəraiti barədə çox şey eşidirdi. Onunla danışan qadınların bəziləri sərxoş, aqressiv və zorakı ərlərindən xilas olmaq üçün bu yola əl atıblar.

İstintaq və Fazekaşın sonu

1919-cu ildə hakimiyyət orqanları kütləvi ölümlərin təsadüfi olmadığını anlayaraq araşdırma aparıb. Qəbiristanlıqda çıxarılan 50 cəsəddən 46-sında arsenik aşkarlanıb.