Bakıda salınan yeni yol tıxacı azaldacaq
Digərləri 28 Eki 2025 00:18:00 87 0
Şəhər ətrafından daha bir alternativ yol salınır.
Bu haberi de oku: Azər Maqsudova hökm oxundu
Son.az xəbər verir ki, söhbət Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisindən gedir.
Hazırda yolun tikintisi altına düşən obyektlərin bir hissəsində söküntü işləri, kommunikasiya xətlərinin köçürülməsi və digər vacib tədbirlər həyata keçirilir.
Layihənin vaxtında tamamlanması üçün əraziyə lazımi texnika və işçi qüvvəsi səfərbər olunub. Yeni avtomobil yolu Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan şimal və qərb bölgələri ilə birbaşa əlaqəsini təmin edəcək. Sürücülər görülən işləri yüksək qiymətləndirsələr də, lakin bəzi iradları var.
