Oktyabrın sonu iki bürc üçün çox uğurlu olacaq


Digərləri 28 Eki 2025 09:50:00 79 0

Oktyabrın sonu iki bürc üçün çox uğurlu olacaq

Ayın son günləri bəzi bürclərə yeni fürsətlər, gözlənilməz sevinclər və həyatında dönüş nöqtəsi gətirəcək.

Son.az xəbər verir ki, xüsusilə Əqrəb və Oğlaq bürcləri üçün oktyabrın sonu uğurlarla dolu olacaq.

Əqrəb bürcünü sevindirəcək hadisələr yaxınlaşır. Həm iş, həm də şəxsi həyatda uzun müddətdir gözlədiyi dəyişikliklər baş verəcək. Qazanclar artacaq, bəzi Əqrəblər isə yeni layihə və ya əməkdaşlığa başlaya biləcəklər.

Oğlaq bürcü üçünsə bu dövr sabitliyin və inamın mükafatlandırıldığı vaxt olacaq. Əməkdaşlıq və maliyyə sahəsində uğurlu nəticələr əldə ediləcək. Həmçinin, yaxın çevrədən gələn dəstək Oğlaqları daha da motivasiya edəcək.