TƏBİBdən əri tərəfindən bıçaqlanan Lamiyə ilə bağlı açıqlama
Digərləri 27 Eki 2025 17:19:00 81 0
Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən çoxsaylı bıçaq zərbəsi alan 1986-cı il təvəllüdlü Lamiyə Qanbayeva 11.10.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb.
Bu haberi de oku: 5 yaşlı qız 21 günlük bacısını pəncərədən ataraq öldürdü FOTO
Bu barədə Son.az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Lamiyə Qanbayeva evə buraxılarkən vəziyyəti stabil qiymətləndirilib:
"Bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub və ona tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilib".
Kaynak: milli.az
