Turalın hansı gəmidə itdiyi məlum oldu 1 aydır ki, itkin düşüb... FOTO


Digərləri 27 Eki 2025 17:06:00 96 0

Turalın hansı gəmidə itdiyi məlum oldu  1 aydır ki, itkin düşüb...  FOTO

Gəmidə həkim kimi fəaliyyət göstərən Tural Sultanov 1 aydır ki, itkin düşüb. Bununla bağlı bir neçə gündür ki, sosial şəbəkələrdə məlumatlar yayılır. 

Bu haberi de oku: Azər Maqsudova hökm oxundu

Son.az xəbər verir ki, 27 sentyabrdan bəri itkin düşən 33 yaşlı həkimin əmisi qızı, jurnalist Ağanisə Sultan "Qafqazinfo"ya onun haqda detalları açıqlayıb. 

A.Sultan qeyd edib ki, əmisi oğlu "BUE CASPİAN LTD" şirkətinə məxsus "Caspian Protektor" gəmisində çalışıb: "Turalı özləri dəvət etmişdi. Daha əvvəl 5 il orada çalışmışdı, sonra oxumaq üçün Almaniyaya getdi. Bu ilin aprel ayı olardı, yenidən həmin gəmidə işləməyə başladı. Peşəkar idmançı idi, üzməyi çox yaxşı bacarırdı. Gəmidə işləməyi də özü seçmişdi. Əmim istəyirdi ki, oğlu tanınmış həkim olsun. 33 illik ömrü oxumaqla, öyrənməklə, təhsilini davam etdirməklə keçdi, 4 xarici dili ana dili kimi bilirdi.

Subay idi və yenicə ev almışdı. Hadisədən iki gün öncə anasına da tapşırmışdı ki, qayıdandan sonra birlikdə ev üçün əşyalar alsınlar. İş yoldaşları ilə də münasibəti çox yaxşı idi, indi də onlarla danışırıq. Gəmiyə gedəndə də həmişə öz kitablarını aparırdı. "Azərbaycandan başqa heç yerdə yaşaya, qala bilmirəm, darıxıram, dənizdə işləməyi sevirəm", - deyirdi. Çox sevdiyi dəniz onu bizdən aldı..."