Rəisin işdən qovulmasının təfərrüatı otağındakı mebellər xaricdən alınmışdı


Digərləri 27 Eki 2025 14:22:00 93 0

Rəisin işdən qovulmasının təfərrüatı  otağındakı mebellər xaricdən alınmışdı

Xəbər verdiyimiz kimi, İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədov işdən çıxarılıb. Toğrul Səmədov Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində idi.

Son.az bildirir ki, əldə olunan məlumata görə, qərarı şəxsən ədliyyə naziri Fərid Əhmədov verib. Nazir müəssisələrə baş çəkərkən rəisin iş yerində yaradılmış mənzərədən təəccüblənib. Bildirilir ki, Toğrul Səmədov müəssisədə özü üçün xüsusi dəbdəbəli malikanə qurmuş, tikintidə bahalı materiallardan istifadə etmişdi. Nazir bu vəziyyəti görən kimi onun fəaliyyətini yoxlamağa göstəriş verib.

"Toğrul Səmədovun otağındakı mebellər xaricdən, baha qiymətə alınmışdı", deyə mənbə bildirib.

Aparılmış yoxlamalar nəticəsində Toğrul Səmədovun işində ciddi nöqsanlar aşkar olunub. Bununla da o, həm rəis vəzifəsini itirib, həm də tamamilə Ədliyyə sistemindən xaric edilib. Mənbə bildirir ki, Toğrul Səmədov artıq nazirliyin sərəncamında deyil və ona hər hansı vəzifə verilməyib.