Nəzrinin ölümünə görə həbs olunan həkimin cəzasının ağırlaşdırılması istənilir


Digərləri 27 Eki 2025 15:20:00 84 0

Nəzrinin ölümünə görə həbs olunan həkimin cəzasının ağırlaşdırılması istənilir

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümünə görə həbs olunan cərrah-otorinolorinqoloq Sənan Mehdiyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Son.az xəbər verir ki, zərərçəkmiş N. Mansurlunun hüquqi varisi tərəfindən verilən şikayətdə S. Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunub.

Şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb. İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib./APA