Kəskin istilər gəlir Bakıda 26 dərəcə olacaq
Digərləri 27 Eki 2025 12:40:00 63 0
Sabah paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb küləyi gün ərzində arabir güclənəcək.
Bu haberi de oku: Daha 16 itkin şəhidimiz dəfn ediləcək
Son.az xəbər verir ki, bu barədə məlumatı Milli Hidrometeorologiya Xidməti yayıb.
Sinoptiklərin bildirdiyinə görə, havanın temperaturu gecə saatlarında 14-17 dərəcə, gündüz isə 21-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa qədər enəcək. Nisbi rütubət gecə 80-85 faiz, gündüz isə 60-65 faiz təşkil edəcək.
Ölkə rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı ərazilərdə arabir duman müşahidə oluna bilər. Qərb küləyi mülayim səviyyədə əsəcək.
Rayonlarda temperaturun gecə 10-15, gündüz isə 22-27 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı bildirilir.
