"Bank Respublika"nın borcları artdı Əmanətlər geri çəkildi
Digərləri 27 Eki 2025 14:12:00 102 0
"Bank Respublika"nın borcları artıb, əmanətlər geri çəkilib.
Bu haberi de oku: Şirin olsa da, başdan ayağa "zəhər"dir
2025-ci ilin 3-cü rübündə "Bank Respublika" ASC-nin maliyyə göstəricilərində ciddi dəyişikliklər qeydə alınıb. Bankın nağd pul vəsaitləri ötən ilin sonu ilə müqayisədə 24,18% azalaraq 368,84 milyon manat təşkil edib.
Eyni dövrdə bankın öhdəlikləri 25,74% artaraq 2,487 milyard manata çatıb. Fiziki şəxslərin depozitləri isə 5,31% azalaraq 602,48 milyon manata düşüb.
Hesabat dövründə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri 65,07% artaraq 864,06 milyon manat olub. Faiz xərcləri də kəskin artaraq 90,84 milyon manata çatıb. Xüsusilə cəlb edilmiş kreditlər üzrə ödənilən faizlər 2,85 dəfə artıb, Mərkəzi Bank və dövlət fondları qarşısındakı ödənişlər isə 169 dəfə çoxalıb.
