Bu tarixdən hava dəyişir Leysan olacaq: XƏBƏRDARLIQ
Digərləri 27 Eki 2025 15:25:00 96 0
Oktyabrın 29-u axşam saatlarından etibarən Azərbaycanın şimal və qərb rayonlarında hava şəraiti dəyişəcək.
Bu haberi de oku: Mütəşəkkil dəstə ifşa edildi: 81,5 milyonluq dələduzluq, 300ə yaxın vətəndaş aldadılıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 30-u gündüzədək bəzi bölgələrdə hava qeyri-sabit olacaq, arabir yağış yağacaq və şimşək çaxacaq.
Sinoptiklər bildirir ki, ayrı-ayrı ərazilərdə yağışın leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal edilir.
Eyni zamanda, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Kaynak: milli.az
