Bu müəllimlərə əlavə 2000 manat veriləcək
Digərləri 24 Eki 2025 12:16:00 91 0
Gələn ildən kənd məktəblərinə işləməyə gedəcək gənc müəllimlərin əməkhaqqına əlavə və stimullaşdırıcı ödənişlər ediləcək.
Bu haberi de oku: Neftçalada erkən nikahın qarşısı alındı
Son.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, pedaqoji ixtisaslı ali və orta ixtisas təhsil müəssisələrinin 9,9 mindən çox məzunu kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə işə cəlb olunacaq.
Bu məqsədlə 20,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Vəsait gənc müəllimlərin yol və nəqliyyat xərcləri, əmlakın daşınması, yaşayış şəraitinin yaxşılaşdırılması, kommunal və kirayə haqqı kimi ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
