Qaraciyəri toksinlərdən təmizləyir Çayın içinə 1 ədəd əlavə edin
Digərləri 25 Eki 2025 00:46:00 86 0
Soyuq havalarda həm orqanizmi isidən, həm də immuniteti gücləndirən təbii möcüzələrdən biri - mixəkdir. Kiçik ölçüsünə baxmayaraq, bu ədviyyat həm xoş ətiri, həm də sağlamlığa çoxsaylı faydaları ilə seçilir. Mütəxəssislər bildirir ki, səhər və ya axşam çayına 1-2 ədəd mixək əlavə etmək, qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir və həzmi asanlaşdırır. Mixəyin müntəzəm istifadəsi bədəni təmizləyərək enerji səviyyəsini artırır.
Bu haberi de oku: "Mənim Ramiz haqqında deyiləcək sözüm yoxdur" Kürəkənindən ŞOK AÇIQLAMA
Son.az xəbər verir ki, təbii antiseptik xüsusiyyətə malik olan mixək, əsrlərdir bitki mənşəli müalicələrdə istifadə olunur. Onun tərkibindəki "öjenol" adlı maddə qaraciyərin detoks funksiyasını dəstəkləyir və qanı təmizləməyə kömək edir.
Bir fincan bitki çayına əlavə olunan mixək, həzmi yüngülləşdirir, qaz və şişkinlik kimi narahatlıqları aradan qaldırır. Bu xüsusiyyətlərinə görə mixək, həm daxili təmizlənmə, həm də immun sisteminin möhkəmlənməsi baxımından olduqca faydalıdır.
Mixək, qaraciyərin artıq yağlanmasının qarşısını alan və hüceyrə yenilənməsini dəstəkləyən nadir təbii vasitələrdən biridir. Qaraciyər bədənin əsas "təmizləmə mərkəzi" sayılır, mixək isə bu mərkəzin ən güclü təbii yardımçısıdır. Xüsusilə qaraciyər yağlanması riski daşıyan şəxslər üçün mixəkli çay gündəlik vərdiş kimi çox faydalı ola bilər.
