Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri
Digərləri 25 Eki 2025 11:11:00 103 0
Tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri yayılıb.
Bu haberi de oku: Qəfil vəfat edən 42 yaşlı müəllimin
Son.az bildirir ki, videoda vəkilin Göygöl rayonundakı avtoyuma məntəqəsində bir nəfərə təpiklə xəsarət yetirdiyi əks olunur. Məlumata görə, tərəflər arasında yaranan mübahisə davaya çevrilib və Qəhrəmanov qarşı tərəfə fiziki güc tətbiq edib.
Hadisə ilə bağlı vəkil polis tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, bu gün məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, Zabil Qəhrəmanov Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl isə onun vəkillik fəaliyyəti müvəqqəti dayandırılmışdı.
