Zabil Qəhrəmanov məhkəməyə gətirildi


Digərləri 25 Eki 2025 19:23:00 93 0

Zabil Qəhrəmanov məhkəməyə gətirildi

Gəncə şəhər polis idarəsində aparılan istintaqla Zabil Qəhrəmanova xuliqanlıqdan əlavə dələduzluq maddəsi ilə də ittiham verilib.

Məlumata görə, vəkil biraz əvvəl məhkəməyə gətirilib. İstintaq orqanı onun həbs edilməsini istəyir.

Qeyd edək ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl onun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.

------- Ötən gün saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanov barəsində cinayət işi başlanılıb.

Bu barədə "Qafqazinfo"ya onun vəkili Səadət Seyidli məlumat verib.