Saxta şərabı necə seçmək olar?
Digərləri 26 Eki 2025 02:02:00 78 0
Saxta şərabı ayırd etməyin üsulları açıqlanıb.
Bu haberi de oku: Bakıda məşhur restoran bağlanır?
Son.az xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət qurumu "Roskachestvo" şərabın keyfiyyətini müəyyən etmək üçün əsas əlamətləri açıqlayıb. Qurumun sədr müavini Yelena Saratseva bildirib ki, turş, sirkəyə bənzər qoxu və kif iyi içkinin keyfiyyətsiz və ya xarab olduğunu göstərir.
Onun sözlərinə görə, mağazalardan alınan hər bir şərab şüşəsində aksiz markası olmalıdır. İstehlakçılar bu markadakı QR-kodu oxudaraq şərabın istehsaldan satışa qədər olan yolunu izləyə bilirlər. Bu üsul məhsulun mənşəyinin qanuni olub-olmadığını müəyyən etməyə kömək edir.
Saratseva qeyd edib ki, şərabın keyfiyyəti yalnız sənədləşmə qaydalarına deyil, həm də şərabçının peşəkarlığına bağlıdır. Bəzən məhsulun dad və keyfiyyətinə təbii mantar tıxac da təsir göstərə bilər. Əgər tıxacda kif varsa, o zaman bu kif şəraba keçərək içkini oksidləşdirə və sirkəyə çevirə bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, şərabı açarkən sirkə və kif iyi gəlirsə, həmin içkini içmək olmaz. Bu, onun keyfiyyətsiz və sağlamlıq üçün zərərli ola biləcəyini göstərir.
"Əgər şərabı düzgün şəraitdə saxlamısınız, amma onu açanda kəskin turş və kif qoxusu gəlirsə, içməmək daha yaxşıdır. Belə şərab orqanizmə mənfi təsir göstərə bilər," - deyə Saratseva bildirib.
İsmayıl Son.az
