Bakıda məşhur restoran bağlanır?
Digərləri 25 Eki 2025 18:00:00 90 0
"Pakdad 2008" və "Coffee Service" MMC-lər ləğv olunduğunu elan edib.
Bu haberi de oku: Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri
Son.az xəbər verir ki, şirkətlərin hər ikisi Şöhrət Adışirin oğlu Babaşova məxsusdur.
"PAKDAD 2008" MMC 2020-ci, "Coffee Service" MMC isə 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətlərin nizamnamə kapitalları müvafiq olaraq 10 manat və 12 manatdır.
Şöhrət Babaşovun digər bir şirkəti "Hacıqabul Quşçuluq" MMC isə cari ilin iyul ayında ləğv edilib.
Qeyd edək ki, iş adamı paytaxtın tanınmış restoranlar şəbəkəsinin sahibidir. Belə ki, "Pak Dad Group" brendi adı altında 4 "Pakdad" restoranı, "Manqal", "Express Steak", "Kükü", "Nargilə", "Kabab Dünyası", 7 fastfud və "BalBadəm" şirniyyat evləri ona məxsusdur.
