“Kamaz”la “Qazel” toqquşdu
Digərləri 26 Eki 2025 10:12:00 97 0
Ağdaşda iki yük maşını toqquşub.
Bu haberi de oku: Qəhvə vaxtı: Səhər yoxsa günorta içmək daha yaxşıdır?
Son.az-ın xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Kamaz" və "Qazel" markalı yük avtomobilləri toqquşub.
Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Kaynak: milli.az
