Həmin qalmaqalla bağlı AVPdən
Digərləri 26 Eki 2025 12:12:00 63 0
Ana Vətən Partiyası partiyaya məxsus Mətbuat Xidməti səhifəsinin oğurlandığını açıqlayıb.
Bu haberi de oku: Bakıda məşhur restoran bağlanır?
Son.az xəbər verir ki, açıqlamada Ana Vətən Partiyasının mətbuat xidmətinin mövcud olmadığı bildirilib.
"Bir zamanlar mövcud olan partiyanın mətbuat xidmətinə aid səhifə məlum şəxslər tərəfindən ələ keçirilib, orada saxta məlumatlar paylaşılmaqla üzvlərimizi və cəmiyyəti yalnış istiqamətləndirməyə yönəlmiş məlumatlar paylaşılmıb. Hər kəsdən diqqətli olmağa, sədrimiz Fəzail Ağamalının və Ana Vətən Partiyasının rəsmi səhifəsinin paylaşdıqlarından kənar dezinformasiyalara inanmamağa çağırırıq.
Yaranmış mövcud vəziyyətlə bağlı yaxın günlərdə həmin şəxs və ya şəxslər barəsində hüquqi müstəvidə ölçü götürüləcək", - partiya bəyan edib.
Qeyd edək ki, dünən Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
