Baytarlıq apteklərində satılan “Kreolin" xərçəngi sağaldır?


Digərləri 25 Eki 2025 21:39:00 88 0

Baytarlıq apteklərində satılan “Kreolin" xərçəngi sağaldır?

Son dönəmlərdə xərçəng xəstələrinin internetdə ən çox axtarış etdiyi, almağa cəhd göstərdiyi, hətta bəzilərinin alıb qəbul etdiyi, baytarlıq apteklərində satılan bir preparat var.

Söhbət mal-qaranın bir-birə əleyhinə dezinfeksiya edilməsində istifadə edilən, qiyməti 3 manat olan "Kreolin" adlı preparatdan gedir. Bəzi onkoloji xəstələr heç bir elmi sübutu olmadan, ordan-burdan eşidərək bu məhlulu alıb istifadə edirlər.

Baytarlıq apteklərində apardığımız sorğu da bunu təsdiq etdi.

Satıcılar deyir ki, "Kreolin"dən əlavə onkoloji xəstələrin aldığı heyvandarlıqda istifadə olunan "Fraksiya2" adlı preparat da var. O, da mal-qaranın daxili xəstəlikləri üçün istifadə olunan, ağır qoxulu kimyəvi vasitədir.


Habere ait video