Bu rayonda heyvan bazarında nöqsanlar aşkarlandı


Digərləri 24 Eki 2025 20:30:00 105 0

Bu rayonda heyvan bazarında nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əliabad kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb.

Son.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nəzarət tədbiri zamanı bəzi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda dezobaryerlər quraşdırılmayıb, heyvan yemlərinin saxlanması üçün zəruri şərait yaradılmayıb, eləcə də xəstə və sağlam heyvanların ayrılması üçün xüsusi izolyatorlar təşkil edilməyib. Aşkar olunan nöqsanlarla bağlı sahibkara icrası məcburi göstərişlər verilib.