Valideynlərini itirmiş uşaqlarla bağlı bu qanunlarda dəyişiklik
Digərləri 24 Eki 2025 17:50:00 106 0
Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı "valideyn himayəsindən məhrum olmuş uşaqlar" kimi təsbit ediləcək.
Bu haberi de oku: Məşhur aşpaz “Restoranlarda bu yeməyi əsla sifariş verməyin”
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.
Lakin Ailə Məcəlləsi, eləcə də "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunur.
Bu xüsusda təklif olunan dəyişikliklərə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunda "valideynlərini itirmiş uşaqlar" anlayışı "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimi təsbit ediləcək.
