Zibilliyi fürsətə çevirdilər – Çinli cütlük milyarder oldu
Digərləri 24 Eki 2025 23:22:00 104 0
Afrikada gigiyena məhsullarının çatışmazlığını fürsətə çevirən Çinli sahibkar cütlük Şen Yançanq və Yan Yanjuan bu gün illik gəliri 450 milyon dollara çatan nəhəng bir şirkətin sahibləridir.
Bu haberi de oku: Şahin quşunu qanunsuz ovlayanlar 4 min manat cərimələndi
Son.az xəbər verir ki, cütlüyün qurduğu Sunda International Group şirkətinin illik gəliri 3,2 milyard yuana (təxminən 450 milyon dollar) çatır.
Hekayə, Harbin Mühəndislik Universitetinin məzunları olan Şen Yançanq və onun həyat yoldaşı Yan Yanjuanın 2000-ci ildə Quançjou şəhərində kiçik bir ixrac ofisi açması ilə başlayıb.
İlk illərdə onlar Afrikaya tikinti materialları və əsas istehlak malları ixrac edirdilər. Lakin qısa müddət sonra Nigeriyada gigiyena məhsullarının çatışmazlığını müşahidə edən cütlük bu sahədə böyük bir fürsət olduğunu görür.
Həmin dövrdə Şen Yançanq Nigeriyada satınalma müdiri kimi çalışırdı və yerli əhalinin, xüsusilə də qadınların və körpələrin gigiyena məhsullarına çıxışda çətinlik yaşadığını fərq etmişdi.
Bu təcrübə onların Afrikaya yönəlmiş davamlı biznes strategiyasının başlanğıcı oldu.
