“Moskvanın cavabı sərt olacaq”


Digərləri 24 Eki 2025 21:24:00 112 0

“Moskvanın cavabı sərt olacaq”

"Qərb ölkələri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Budapeştdə keçiriləcək görüşü ləğv etmək məqsədilə genişmiqyaslı məlumat kampaniyasına başlayıblar".

Son.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gənc Diplomatların VIII Qlobal Forumunda keçirilən "Media, Yeni Media və Diplomatiya: Çağırışlar və İmkanlar" adlı sessiyada deyib.

"Biz Budapeştdə baş tutmalı olan danışıqlarla bağlı süni intellektdən tutmuş ənənəvi media və müxbirlərə qədər hər şeyi əhatə edən informasiya hücumu gördük", - deyə Zaxarova vurğulayıb .