Yük maşını restoranın içində aşdı


Digərləri 25 Eki 2025 00:41:00 117 0

Yük maşını restoranın içində aşdı

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az-ın məlumatına görə, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Hadisə zamanı "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub.

Zərbənin təsirindən idarəetməni itirən "KamAZ" yol kənarındakı restoranın ərazisinə girərək aşıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)