Çin Ayın qaranlıq tərəfində tarixi kəşf etdi: Su ilə zəngin nadir meteorit tapıldı


Digərləri 25 Eki 2025 08:08:00 84 0

Çin Ayın qaranlıq tərəfində tarixi kəşf etdi: Su ilə zəngin nadir meteorit tapıldı

Çin tərəfindən Ayın uzaq, qaranlıq tərəfinə göndərilən Chang'e-6 missiyası elmi dünyada sensasiya yaratdı. Missiya çərçivəsində Aydan gətirilən nümunələrdə su ilə təmasda olmuş nadir karbonlu kondrit (CI kondrit) meteorit parçaları aşkar edilib. Bu kəşf, suyun Ay səthinə və hətta Yerə necə çatdığı barədə nəzəriyyələrə yeni işıq salır və Günəş Sistemi ilə Ayın yaranmasının erkən dövrlərinə dair vacib məlumatlar təqdim edir.

Son.az xəbər verir ki, analizlər göstərib ki, toplanan nümunələrin təxminən 30%-i karbon zəngin maddələrdən ibarətdir.

Çin Elmlər Akademiyasının tədqiqatçıları 2024-cü ilin iyununda Yerə gətirilmiş nümunələri araşdırıb. CI kondritləri atmosferə girərkən yanmadan səthə çata bilən nadir meteoritlərdir. Bu kəşf, Ay səthinə çarpan su ilə zəngin asteroitlərin buxarlanmadan və ya ərimədən iz buraxa bildiyini göstərir.

PNAS jurnalında dərc olunan araşdırmada, nümunələrin təxminən 30%-nin karbon zəngin maddələrdən ibarət olduğu qeyd edilib. Tədqiqatçılar, bu meteoritin Günəş Sisteminin xaricindən gəlmiş ola biləcəyini və suyun Ay səthinə necə çatdığına dair yeni məlumatlar verdiyini bildiriblər.