"Hazır suplar xərçəng yaradır"
Digərləri 24 Eki 2025 20:56:00 124 0
Rusiyalı dietoloq və endokrinoloq Elvina Binatova geniş yayılmış 5 dəqiqədə hazırlanan əriştələrin ziyanı barədə danışıb.
Bu haberi de oku: Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”
Həkimin sözlərinə görə, belə məhsulların tərkibindəki dad gücləndiricilər, konservantlar və süni rəngləndiricilər insan sağlamlığı üçün ən böyük zərəri yaradır. Bundan əlavə, hazır əriştələr çoxlu miqdarda duz ehtiva etdiyindən, onların tez-tez qəbulu ürək-damar və böyrək xəstəliklərinin yaranma riskini artırır.
Binatova bildirib ki, bu məhsullar həmçinin trans yağlar və turşuluq tənzimləyiciləri ilə zəngindir - bunlar kanserogen hesab olunur və həzm sistemində müxtəlif problemlər yarada bilər. Əriştənin əsasını isə yüngül karbohidratlar təşkil edir, tərkibində lif, zülal və B qrup vitaminləri isə demək olar ki, yoxdur.
"Hazır əriştə qısa müddətlik toxluq və enerji hissi yaradır, lakin aclıq tez bir zamanda geri qayıdır. Buna görə də onu yalnız fövqəladə hallarda - yemək hazırlamağa vaxt olmadıqda və ya əlinizin altında meyvə olmadıqda istifadə etmək məsləhətdir", - deyə dietoloq vurğulayıb.
