"MedAura Klinika"nın külli miqdarda vergi borcu var
Digərləri 24 Eki 2025 12:17:00 85 0
"MedAura Klinika"nın külli miqdarda vergi borcu yaranıb.
Bu haberi de oku: Bakcellin meqa lotereyasında 3cü avtomobil uduldu!
Son.az xəbər verir ki, klinikanın hazırda dövlətə 241 min 690.82 manat vergi borcu var.
MedAura Klinika 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi İsbiyev Mübariz Qabil oğludur. Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi 2 dəfə adını dəyişdiyi göstərilir. İlk adı "Nihat Klinika" MMC olub. 2018-ci ildən isə "MedAura Klinika" MMC adlandırılır.
Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından aydın olur ki, klinikaya qarşı 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021,2022, 2023, 2024-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən toplam 15 hal üzrə ümumilikdə 600 manat maliyyə sanksiyası tətbiq edilib.
Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "MedAura" klinikasında yoxlama aparılıb. Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.
2024-cü ilin may ayında "MedAura" klinikasında M.P. adlı pasiyent üzərində göbək ətrafı lipoma cərrahi əməliyyat aparılmasına dair qərar verilsə də, sonradan əməliyyatın liposaksiya kimi icra olunduğu aşkar edilərək, cərrahi əməliyyat dayandırılıb. Məhkəmənin qərarı ilə klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla 6.000 manat məbləğində cərimə edilib.
