Hamı bu gəlindən DANIŞIR: toyda həm siqarət çəkdi, həm də yaşlı insanları məclisdən "qovdu"


Digərləri 02 Eyl 2025 15:52:00 87 0

Hamı bu gəlindən DANIŞIR: toyda həm siqarət çəkdi, həm də yaşlı insanları məclisdən "qovdu"

Türkiyədə keçirilən toy sosial mediada müzakirələrə səbəb olub.

Son.az xəbər verir ki, Türkiyədə baş tutan bir toy mərasimi son günlər sosial şəbəkələrin ən çox danışılan mövzularından birinə çevrilib.

Səbəb isə gəlinin gözlənilməz qərarı olub.

Məlumata görə, gəlin mərasim zamanı yaşlı və uşaqlı qonaqlardan toyu tərk etmələrini xahiş edib. O, yalnız gənclərlə birlikdə əylənmək istədiyini bildirib.

Gəlinin bu addımı sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bir qrup insan bu qərarı qeyri-etik hesab edərək sərt tənqid edib, digərləri isə gəlinin seçim haqqına hörmətlə yanaşmaq lazım olduğunu vurğulayıb.

Toydan yayılan görüntülər sürətlə sosial şəbəkələrdə paylaşılaraq minlərlə baxış toplayıb və geniş müzakirələrə yol açıb.