Amaliya Məmmədovaya yüksək vəzifə verildi
Digərləri 02 Eyl 2025 18:20:00 99 0
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinə rəis təyin edilib.
Bu haberi de oku: Atatürkün heç vaxt görülməmiş görüntüləri ÜZƏ ÇIXDI
Son.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə bu vəzifəyə Amaliya Məmmədova təyin olunub.
Qeyd edək ki, bu ilin may ayında Arzu Yusifova FHN Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Mərkəzin yeni rəisi Amaliya Məmmədovanın da onun rəfiqəsi olduğu deyilir.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında Tibb Mərkəzinin rəisi polkovnik Xanım Sofiyeva vəzifəsindən azad olunub, yerinə tibb xidməti polkovnik-leytenantı Vəfa Dadaşova təyin olunmuşdu. Vəfa Dadaşova, həmçinin ötən ilin may ayında Tibb Xidmətinin rəisi vəzifəsinə gətirilmişdi. O, 2025-ci ilin mart ayında hər iki vəzifəsindən istefa verib.