Bu il yeni doğulan uşaqlara daha çox hansı adlar verilib?


Digərləri 02 Eyl 2025 20:48:00 87 0

Bu il yeni doğulan uşaqlara daha çox hansı adlar verilib?

2025-ci ilin yanvar-avqust aylarında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub.

Son.az-ın Ədliyyə Nazirliyinin rəsmi saytından əldə etdiyi məlumata görə, 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.

Belə ki, 802 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 534, Raul 521, Əli 517, Yusif 516, Ömər isə 388 yeni doğulan oğlan uşağına seçilən ad olub.

Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Zəhra olub. 533 uşağa bu ad verilib.