Maşınların yolda alışma səbəbləri açıqlandı
Digərləri 02 Eyl 2025 16:44:00 75 0
Son zamanlar yanan avtomobillərin sayı artıb.
Bu haberi de oku: Rusiyada güclü zəlzələ oldu
Son.az xəbər verir ki, bu sahə üzrə ekspert Roman Timaşov gazeta.ru-ya avtomobillərin alışma səbəblərini açıqlayıb.
Avtomobildə yanğın əsasən elektrik naqillərində nasazlıq, texniki mayelərin sızması və ya mühərrik bölməsinə yad əşyaların düşməsi səbəbindən baş verə bilər.
Onun sözlərinə görə, naqillərin köhnəlməsi, düzgün olmayan qoşulmalar və ya uyğun olmayan sığortanın quraşdırılması izolasiya örtüyünün əriməsinə və yanğına gətirib çıxara bilər. Həmçinin benzin və yağ sızmaları da hər hansı qığılcımla yanğına səbəb ola bilər.
Mütəxəssis bildirib ki, uzun müddət istifadə olunmayan avtomobilin mühərrik hissəsinə quşların yuva salması və ya maşının quru ot üzərində park olunması da yanğın riskini artırır.
Ekspert sürücülərə avtomobil altında maye ləkələrinə və salonda güclü benzin qoxusuna diqqət etməyi tövsiyə edib.
İsmayıl Son.az