Rusiyada güclü zəlzələ oldu


Digərləri 02 Eyl 2025 18:08:00 78 0

Rusiyada güclü zəlzələ oldu

Kamçatkada (Rusiya) 6 bal gücündə zəlzələ baş verib.

Son.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

"Maqnituda - 6. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə) - 3", - məlumatda bildirilir.

Seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 18.2 km dərinlikdə yerləşib. Zəlzələ Petropavlovsk-Kamçatskidən 146 km aralıda baş verib.