Bu ərazidə çoxmənzilli yaşayış binaları tikiləcək


Digərləri 02 Eyl 2025 17:30:00 104 0

Bu ərazidə çoxmənzilli yaşayış binaları tikiləcək

Gəncə şəhərində yeni çoxmənzilli yaşayış binaları inşa ediləcək.

Bu barədə İqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, artıq Dövlət Komitəsinin tabeliyində olan Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb.

Məlumata görə, yeni çoxmənzilli yaşayış binaları şəhərin Atatürk prospektində inşa ediləcək.

İnşa ediləcək çoxmənzilli yaşayış binaları üçün hazırda ərazinin şəhərsalma əsaslandırılması və inşa ediləcək yaşayış binalarının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işlərə start verilib. Şəhərsalma əsaslandırılmasının və layihə-smeta sənədlərinin hazırlanmasına 1 milyon manata yaxın vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.