Rusiya azərbaycanlıları deportasiya etdi


Digərləri 02 Eyl 2025 17:39:00 95 0

Rusiya  azərbaycanlıları deportasiya etdi

Rusiyanın Nijni Novqorod vilayətində miqrasiya qanunvericiliyini pozduqlarına görə altı xarici vətəndaş deportasiya olunub.

Son.az bildirir ki, Misir, Azərbaycan və Qırğızıstandan gəlmiş əcnəbilər Rusiya Federasiyası ərazisinə giriş və ya qalma qaydalarını pozduqları üçün vilayətdən çıxarılıb. Onların ölkədə müvəqqəti yaşama və işləmək hüququnu təsdiqləyən sənədləriolmayıb.

Qanun pozucularına növbəti beş il ərzində Rusiyaya giriş qadağası qoyulub.

İlin əvvəlindən Nijni Novqorod vilayətindən 600-dən çox miqrant regiondan çıxarılıb. Deportasiya olunanların əsas hissəsini Ermənistan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistandan gələn şəxslər təşkil edib.  /Lent.az